Bəzi qidalardan imtina ömrü uzadır

   Bəzi qidalardan imtina ömrü uzadır
  04 Dekabr 2023    Oxunub:1607
Şəkərli içkilərdən və işlənmiş ətlərdən uzaq durmaq yaşlıların ömrünü dörd ilə qədər uzada bilər.
Tədqiqat “Nature Food” tərəfindən dərc edilib. Alimlər bildirib ki, 40 yaşında sağlam qidalanan insanlar ömrünü üç il artıra bilər. Ən zərərli qidaları qəbul edənlər belə vərdişlərini tərgitsələr ğmürlərini daha 10 il qata bilərlər.

Sağlam qidalanmanın 70 yaşlı kişilər və qadınlar üçün də təsirli olduğu sübut edilib: qeyri-sağlam pəhrizdən sağlam pəhrizə keçid ömrü təxminən üç-dörd il artırır.

Şirinləşdirilmiş içkilər və emal olunmuş ətlər (kolbasa, sosis, vetçina, hisə verilmiş ət) ömrü ən qısaldan qidalardır. Bunun əksinə olaraq, daha çox paxlalı və qoz-fındıq yemək ömrü uzadır.

AzVision.az


Teqlər:





Xəbər lenti