"Möcüzələr Şəhəri" adlı Beynəlxalq Su Sirki proqramı başlayır - Fotolar

   "Möcüzələr Şəhəri" adlı Beynəlxalq Su Sirki proqramı başlayır -  Fotolar
  09 Oktyabr 2023    Oxunub:2162
Bakı Dövlət Sirki yeni mövsümə "Möcüzələr Şəhəri" adlı Beynəlxalq Su Sirki proqramı ilə başlayır.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə proqramın təşkilatçısı dünya şöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının Ali Mükafatları laureatı Allahverdi İsrafilov bildirib.

Onun sözlərinə görə 26 noyabr tarixinə kimi davam edəcək proqram ilk olaraq 13 oktyabr tarixində valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunacaq.

İİlk dəfə olaraq ən çox gözlənilən Su Şousu sirkin səhnəsində 100 ton su illüziyası, 600 fontan simfoniyası ilə tamaşaçılar üçün təqdim olunacaq. Qeyd edək ki, sözü qedən proqram dünyanın ən innovativ və texnoloji həlləri ilə seçilir.

Şou artistləri möhtəşəm səyahətin tarixinə dair bir hekayədən bəhs edəcək, bu hekayənin qəhrəmanları unikal bir gəmi ilə bizi möcüzələr dünyasına aparacaqlar. Artistlərin arasında dünya şöhrətli kloun, akrobatlar, gimnastlar, kəndirbazlar, ekvilibristlər da çıxış edəcəklər. "Beynəlxalq Su Sirk şou"su elə bir mühit yaradacaq ki, həm uşaqlar, həm də böyüklər üçün çox maraqlı olacaq.

Biletləri şəhərin bütün kassalarından və iticket.az rəsmi saytından əldə etmək mümkündür.

Qalereya




Teqlər:





Xəbər lenti