Ağ Evdə "Komandir" həyəcanı: Alman iti 11 nəfəri dişlədi

      Ağ Evdə "Komandir" həyəcanı:    Alman iti 11 nəfəri dişlədi
  27 Sentyabr 2023    Oxunub:1770
ABŞ prezidenti Co Baydenin "Komander" adlı alman çoban iti Məxfi Xidmətin daha bir əməkdaşını dişləyib.
AzVision.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Ağ Evdə "Komandir" həyəcanı verilib.

2021-ci ildə Ağ Evə gələn alman çoban itinin 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvarına qədər ən azı 10 Məxfi Xidmət əməkdaşına hücum etdiyi bildirilib. Sonuncu dişləmə hadisəsinin bazar ertəsi baş verdiyi və şəxsə tibbi yardım göstərildiyi qeyd edilib.

Ağ Evin sözçüsü Karin Jan Pyer son aylardakı dişləmə hallarının burada yaşamağın stresi ilə bağlı ola biləcəyini söyləyib. Baydenin həyat yoldaşı, Jill Baydenin Kommunikasiya Direktoru Elizabet Aleksandr da Ağ Ev kompleksinin ev heyvanları üçün stresli bir mühit olduğunu qeyd edib və Bayden ailəsinin vəziyyəti hər kəs üçün yaxşılaşdırmaq üçün yollar axtardığını söyləyib.

İki yaşlı alman çoban iti "Komandir" 2021-ci ilin dekabrında qardaşı Ceyms Bayden tərəfindən prezidentə hədiyyə edilib.



AzVision.az


Teqlər:





Xəbər lenti