Çində rekord: 28 milyondan çox pensiyaçı olacaq

   Çində rekord:    28 milyondan çox pensiyaçı olacaq
  18 Sentyabr 2023    Oxunub:1567
Bu il Çində təqaüdçülərin sayı 28 milyon nəfərdən çox olacaq. Bu isə ölkə tarixində rekord göstəricidir.
AzVision.az xəbər verir ki, bu barədə "South China Morning Post" Çin Xalq Universitetinin rektor müavini Du Penqa istinadən məlumat yayıb.

Həmçinin qeyd edilir ki, 1960-cı illərdə baş verən körpə bumu ilə əlaqədar növbəti illərdə pensiyaçıların sayı hər il 20 milyon nəfərdən çox artacaq.

Çində pensiya dövrü dünyada ən aşağı yaşlardan biridir və 40 ildən artıqdır ki, bu hədd dəyişmir. Pensiya yaşı kişilər üçün 60, qadınlar üçün isə 55-dir. (əl əməyi ilə məşğul olan qadınlar üçün 50 il-red.)

Du Penq deyib ki, "Pensiya yaşının artırılması qlobal tendensiyadır".

Məqalədə o da qeyd edilir ki, ölkədə milli pensiya sisteminin dəyişdirilməsi üçün tədbirlər görülməlidir. Çünki bu, iqtisadiyyatın yükünü azaldacaq. Yaşlı vətəndaşların məşğulluğunun stimullaşdırılması isə bu istiqamətdə bir addım ola bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin  





Xəbər lenti