Qlobal ərzaq böhranına qarşı meyvə növü

   Qlobal ərzaq böhranına qarşı meyvə növü
  14 Sentyabr 2023    Oxunub:1648
Yeni Zelandiyandakı Bitkilər və Qida Məhsulları Elmi-Tədqiqat İnstitutu iqlim dəyişikliyinin səbəb olduğu gələcək qlobal ərzaq böhranından çıxış yolları axtarır.
Belə ki, alimlər bitki hüceyrələrindən həqiqi meyvələrin dadını və qoxusunu verən dərisiz meyvələr yetişdirirlər. Yeni Zelandiyanın hökuməti tərəfindən dəstəklənən “Food by Design” proqramının aparıcı elmi əməkdaşı Ben Şon deyir: “Gələcəkdə əhalinin və urbanizasiyanın artması, geri dönməz iqlim dəyişiklikliyi baş verəcək. Biz artıq indidən bu barədə düşünürük”.

Alimlərin yetişdirdikləri meyvələr həm qabıqsız, həm də çəyirdəksiz böyüyür. Ben Şonun sözlərinə görə, bu həmçinin dünyada qida tullantılarının miqdarını azaltmağa da köməklik edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti