"EL" hərəkatı nədir ki, onunla mübarizə də aparasan?
YAP rəsmisinin sözlərinə görə, Azərbaycan iqtidarının onların iddia etdiyi kimi "EL" hərəkatına qarşı hücuma keçməsinə ehtiyac yoxdur.
"Azərbaycanda çox gözəl bir el məsəli var. Deyir, kasıb həmişə itinin adını "Gümüş" qoyar. Bu hərəkatı yaradanlar da ona elə təmtəraqlı ad qoyublar ki, sanki böyük bir el gücünü ifadə edirlər. Həqiqət isə tamam başqa formada təzahür edir. Bu hərəkatda toplaşan bir neçə nəfərdən savayı "EL" hərəkatını nəinki dəstəkləyən, ondan xəbəri olan belə yoxdur. Bu mənada "EL" hərəkatının yaranması, onlar tərəfindən gurultulu bəyanatların səsləndirilməsi nə Yeni Azərbaycan Partiyasını, nə bugünkü Azərbaycan iqtidarını azacıq da olsa narahat etmir”.
Onun sözlərinə görə, nə Yeni Azərbaycan Partiyasının, nə Azərbaycan iqtidarının "EL"-i ofisdən çıxarmağa ehtiyacı yoxdur:
“Guya bu "EL" hərəkatı sanki elə bir şey imiş ki, Azərbaycan iqtidarı işini-gücünü buraxıb və onlarla mübarizə aparmaq niyyətinə düşüb. Əlbəttə, Yeni Azərbaycan Partiyası seçki kampaniyasında layiqli bir rəqib olacaqsa, onunla mübarizə aparacaq. Ancaq "EL" hərəkatı ilə nə mübarizə aparasan? O nədir ki, onunla da mübarizə aparasan? Ortada mübarizə aparıla biləcək heç nə yoxdur", Əhmədov bildirib./trend/