S&P şirkətimizə sabit kredit reytinqi verdi

S&P şirkətimizə sabit kredit reytinqi verdi
  14 Fevral 2013    Oxunub:1516
Reytinqlər üzrə proqnoz "stabil"dir.
"Standard & Poor`s" kredit reytinqləri xidməti "Azərenerji" ASC dövlət elektrik enerjisi şirkətinə "BBB-" səviyyəsində uzunmüddətli və "A-3" səviyyəsində qısamüddətli kredit reytinqi verib. Reytinqlər üzrə proqnoz "stabil"dir.
Trend-in məlumatına görə, bu barədə "Standard & Poor`s"in cümə axşamı yaydığı məlumatda deyilir.
"Azerenerji" elektrik enerjisi şirkətinin vertikal birləşdirilmiş reytinqləri onun 100 faizlik sahibinin -Azərbaycan Respublikasının Hökumətinin reytinqinə (BBB -/Sabit / A-3) bərabərləşdirilib. Şirkətin reytinqləri Standard & Poor`s-in stress maliyyə vəziyyətində şirkət tərəfindən təcili dövlət dəstəyinin almasının (dövlətlə bağlı olan təşkilatların reytinqlərin mənimsənməsinin meyarlarına uyğun olaraq) "praktiki olaraq sözsüz" ehtimalı haqqında fikirini əks etdirir.
"Bundan başqa, reytinqlər bizim şirkətin şəxsi kreditödəmə qabiliyyətinin xarakteristikalarının (SACP) "b" səviyyəsində qiymətləndirilməsini nəzərə alır", -məlumatda deyilir.
Hökumətin "Azərenerji"yə sonrakı dəstək göstərməyə hazırlığı o faktla təsdiq edilir ki, keçmişdə dövlət artıq kapital qoyuluşları, onun borc öhdəlikləri üzrə zəmanətlər, (2012-ci ilin sonuna olan vəziyyətə görə faizlər və icarə ödəmələri nəzərə alınmadan 90 faizdən çox), aktivlərin ötürülməsi, aşağı faiz dərəcələri üzrə kreditlərin və başqa maliyyə dəstəyinin verilməsi formasında şirkətə maliyyə köməyi göstərib.
"Yaxın iki il ərzində bizim baza ssenarimiz çərçivəsində "Azərenerji" maliyyə lingi yüksək səviyyədə (5,0-6,0x diapazonunda "borc/EBITDA" nisbəti) saxlanacaq. Biz güman edirik ki, 2013-2015-ci illər üzrə 2,25 milyard manat (2,9 milyard dollar) həcmində planlaşdırılan investisiya proqramının maliyyələşdirilməsi çərçivəsində şirkət dövlət büdcəsindən birbaşa maliyyələşdirmə və kapital qoyuluşu formasında 2,13 milyon manata yaxın vəsait alacaq. "Sabit" proqnozu suveren kredit reytinqi proqnozunu, eləcə də bizim şirkətin reytiqinin gələcəkdə də "Azərenerji"yə təcili dövlət dəstəyinin "praktiki olaraq sözsüz" ehtimalı üzrə suveren reytinqi səviyyəsi ilə bərabərləşdiriləcəyi barədə gözləntilərimizi əks etdirir. Bundan başqa, proqnoz şirkətin hökumət üçün "son dərəcə vacib" statusunu qoruyub saxlayacağı və onun hökumətlə əlaqələrinin zəifləməyəcəyi ilə bağlı fikrimizi nəzərə alır", - məlumatda deyilir.


Teqlər:  





Xəbər lenti