Putin Medvedyevi sildi

Putin Medvedyevi sildi
  14 Fevral 2013    Oxunub:2497
Kreml mütəxəssisləri və Rusiya mətbuatının yazdığına görə baş nazir Medvedyevi "qara siyahı"ya salan Putin,2018-ci ildən sonrakı dövr üçün yeni siyasi xələf axtarır.
May ayında 3-cü dəfə Kremli özünə iqamətgah seçən Putinin qarşıdakı daha bir seçkini də qazanaraq 2024-cü ilədək ölkəni idarə etməsi gözlənilir. Lakin Kreml dəhlizlərində danışılan fikirlər bunun doğru olmadığını deyir. Belə ki, siyasi analist olan Qelb Pavlovski "Putin növbəti seçkilərdə prezident seçə biləcəyi insanları qrup şəklində ətrafına toplayır. Lakin həmin varisə 2018 yoxsa 2024-cü ildə ehtiyac olacağı hələ məlum deyil" deyir.
Digər siyasi analist olan Pavel Svtantenkov isə baş nazir Dmitri Medvedyeyin "gözdən düşdüyünü" deyib.
Pavlovskiyə görə Putin bu vəzifəyə gətirmək üçün iki nəfər arasında seçim edə bilər. Bunlar Moskvanın bələdiyyə sədri Sergey Sobyan və Müdafiə Naziri Sergey Şoyqudur. Türk əsilli Şoyqu haqda fikirlərini bölüşən Svtantenkov "Tez ya da gec Kreml bu iki nəfər arasında seçim etməli olacaq. Şoyqunun hörməti ya qiymətləndiriləcək ya da səhnədən silinəcək" deyib. Amma bu fikirlərə baxmayaraq Putinin 2018-ci ildəki seçkilərdə namizədliyini irəli sürməyəcəyinə dair heç bir işarə yoxdur.


Teqlər:





Xəbər lenti