Kişilər daha çox sığortalanıb
Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2013-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2 427 089 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 57,9 faizi kişi, 42,1 faizi isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,6 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 22,9 faiz, 40-50 yaş aralığında olan sığortaolunanlar 22,8 faiz, 50-60 yaş aralığında olan sığortaolunanlar 20,8 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,9 faiz təşkil edir.
Mirvari
Teqlər: