Hər məqaləyə 3000 avro veriləcək

Hər məqaləyə 3000 avro veriləcək
  11 Fevral 2013    Oxunub:2004
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsi elan edib.
Şuranın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müsabiqədə Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyadan ictimai xadimlər, yazıçı, publisist və jurnalistlər iştirak edə bilər.
Müsabiqə yazıları Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın aparıcı çap mətbuatında Heydər Əliyev şəxsiyyəti və onun beynəlxalq ictimai-siyasi fəaliyyəti, həmin ölkələrlə Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasındakı rolu haqqında mövzuları əhatə etməlidir. Müsabiqə çərçivəsində yazılar 15 fevral-31 mart 2013-cü il tarixədək həmin ölkələrdəki Azərbaycan səfirliklərinə təqdim edilməlidir. Hər bir ölkə üzrə ən yaxşı sayılan 1 məqalə mükafatlandırılacaq. Hər bir mükafatın məbləği 3000 avrodur.
Qaliblərin mükafatlandırılması 2013-cü ilin may ayının birinci ongünlüyündə Bakıda həyata keçiriləcək.


Teqlər:  





Xəbər lenti