3000 manata yas çadırı

3000 manata yas çadırı
  29 Mart 2013    Oxunub:8060
Son zamanlar dəbdəbəli dəfn mərasimləri cəmiyyətdə geniş müzakirə olunmaqdadır.
Belə ki, şəhərimizdə qurulan çadırlar, yas zamanı verilən ehsanın əndazəni aşması cəmiyyətdə birmənalı qarşılanmır. AzVision.az-ın əməkdaşı da belə hallardan birinin şahidi olub.

Şəhərin mərkəzində qurulan, gediş-gəlişə mane olan çadırlardan birinin sahibi ilə həmsöhbət olduq. Diqqətimizi çəkən ilk şeylərdən biri çadır yiyəsinin “Super servis” təklifi idi ki, bu təklifdən yararlanmaq istəyənlər bir gün üçün 3000 manatlarından keçməlidirlər. Sahibkarın dediyinə görə, Almaniyadan gətirilmiş və 260 nəfərə qədər insan tutumu olan bu çadır kondisioner, taxta döşəmə ilə təchiz olunub. Xidmətlər arasında qonaqlara qulluq edən təcrübəli personal da mövcuddur.

Görüyündüyü kimi, belə davam etsə yasla toy mərasimləri arasında elədə fərq olmayacaq.

Xəyal ƏZİZOV


Teqlər:  





Xəbər lenti