Prezidenti mikrofonsuz qoydular

Prezidenti mikrofonsuz qoydular
  27 Mart 2013    Oxunub:1507
Ramazan Kadırov “Terek-Zenit” oyununda mikrofondan məhrum ediləcək.
Çeçenistan prezidenti Ramazan Kadırov martın 31-də, Mahaçqalada baş tutacaq Terek-Zenit matçında mikrofonsuz qalacaq.

Oyun boyunca yalnız diktorun mikrofonla danışmaq imkanı olacaq, çünki stadion rəhbərliyi bir müddət öncə Qroznıda yaşanan insidentin Mahaçqalada təkrarlanmasını istəmir.

Xatırladaq ki, martın 17-də Qroznıda baş tutan Terek-Rubin qarşılaşmasının 87-ci dəqiqəsində baş hakim Mixail Vilkov “Terekin” kapitanı Rizvan Utsiyevı kobud oyuna görə meydançadan qovması Kadırovu özündən çıxarıb. Hakimin qərarına qarşı çıxan Çeçenistan prezidenti stadionda quraşdırılan mikrofona yaxınlaşaraq “Satqın hakim, eşşək” deyib.



Teqlər:  





Xəbər lenti