Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən KİV nümayəndələri üçün brifinq keçirilib.
Azvision.az xəbər verir ki, brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva iştirak ediblər.
Brifinqdə Azərbaycanda koronavirusa yoluxma halları və digər məsələlərlə bağlı suallara aydınlıq gətirilib.