"ABŞ Taliban ilə mübarizəni dayandırıb"

"ABŞ Taliban ilə mübarizəni dayandırıb"
  11 Fevral 2013    Oxunub:2812
NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin yeni komandiri general Jozef Dunford olub.
Digər general Con Allendən bu vəzifəni alan Dunfordun "müharibənin son komandiri" olacağı gözlənilir. Belə ki, NATO gələn il bütün əsgərlərini geri çəkməyi planlaşdırır. Generallar arasında təhvil-təslim mərasimi Türk bayrağı da daxil olmaqla digər bayraqların yerləşdiyi hökümət binasında keçirilib. Dunford verdiyi açıqlamada "müharibəni qazanmağımıza az qalıb" desə də, Əfqanıstan prezidenti Həmid Kərzai bunun tam əksinə "ABŞ Taliban ilə müharibəni dayandırıb" deyib.

Uzun müddətli mübarizəyə baxmayaraq ölkədə qadınların vəziyyəti ağırdır. Kəndlərin çoxunda qadınlar müxtəlif əşya və geyim malları sataraq Taliban qorxusu ilə və çətin şərtlərdə ailələrini dolandırmağa çalışırlar.


Teqlər:





Xəbər lenti