ABŞ Abramoviçi Rusiyaya görə həbs edib - AÇIQLAMA

ABŞ Abramoviçi Rusiyaya görə həbs edib - AÇIQLAMA
  26 Mart 2013    Oxunub:1279
Məşhur rusiyalı oliqarx, yəhudi əsilli milyarder Roman Abramoviçin ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun (FTB) həbs edilməsinin səbəbi ortaya çıxıb.
AzVision.az-ın xarici mətbuta istinadən verdiyi məlumata görə, Abramoviçin vəkili Aleksandr Dobrovinski bu barədə açıqlama verib. O bildirib ki, Rus milyarderin ABŞ-da FTB tərəfindən saxlanılmasının səbəbi Rusiyanın 2018-ci il Dünya Futbol Çempionatına ev sahibliyi etməsidir.

"Abramoviçi FBİ-ya ifadə verməyə çağırmışdılar. Çünki amerikanları Rusiyanın 2018-ci il Dünya Futbol Çempionatı ev sahibliyinə necə haqq qazandığını maraqlandırır. FBI Rusiyanın seçimlərdə korrupsiyanın olmasından şübhə duyur”-deyə, vəkil əlavə edib.

A. Dobrovinski Abramoviçin nəzarətdə saxlanıldığını təkzib edərək bildirib ki, milyarderin sadəcə ifadəsi alınıb.



Teqlər:  





Xəbər lenti