`Chicago Tribune` 2024 Olimpiyadasını Bakıda görmək istəyir

`Chicago Tribune` 2024 Olimpiyadasını Bakıda görmək istəyir
  10 Fevral 2014    Oxunub:1720
ABŞ-ın nüfuzlu “Chicago Tribune” qəzetində “Avropa Oyunları Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi üçün tramplindir” sərlövhəli məqalə dərc olunub.

Məqalənin müəllifi Karolos Qroman yazır ki, birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi 2024-cü ildə Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə ölkəmizin verdiyi sifarişin qalib gəlməsi üçün tramplin olacaq.

Məqalədə qeyd olunur ki, “Azərbaycan 2016-cı və 2020-ci illərdə Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı sifarişlərin birinci turundan keçə bilməyib. Lakin Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov demişdir ki, gələn il birinci Avropa Oyunlarının keçirilməsi Azərbaycana misilsiz təcrübə qazandıracaq. Nəticədə Azərbaycan Olimpiya Oyunlarının keçirilməsi üçün əminliklə sifariş verəcək”.

Qəzet yazır ki, Azərbaycan birinci Avropa Oyunlarının ev sahibidir. Üzgüçülük və velosiped yarışlarından başqa, idmanın basketbol 3x3 və çimərlik futbolu kimi yeni növləri də oyunların proqramına daxil edilib. Yazıda qeyd olunub ki, Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvü Spiros Kapralos bununla bağlı deyib ki, “İdmanın bu növləri tamamilə yenidir. Beynəlxalq Olimpiya Komitəsi bu yeni ideyaların necə həyata keçiriləcəyini öyrənəcəkdir”.
Avropa indiyə qədər yeganə qitə idi ki, onun özünün Asiya və ya Panamerika oyunları kimi yarışları yox idi. Avropa Oyunları həm də 2016-cı ildə Rio-de-Janeyroda Olimpiya Oyunlarının proqramına daxil edilmək üçün nəzərdə tutulmuş atıcılıq, triatlon, kamandan oxatma və qılıncoynatma kimi idmanın bəzi növləri üçün təsnifat yarışıdır.

Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin “Bu yarışdan sonra Azərbaycan hər hansı idman tədbirini ən yüksək səviyyədə təşkil edə biləcək” fikri də xüsusi vurğulanıb.


Teqlər:  





Xəbər lenti