Öcalandan sülh çağırışı
"Milyonlara müraciət edirəm, kim silahlıdırsa, Türkiyəni tərk etsin", - Öcalanın müraciətində deyilir.(trend)
Müraciət Diyarbəkir şəhərində leqal fəaliyyət göstərən kürdyönlü Sülh və Demokratiya Partiyasının nümayəndələri tərəfindən səsləndirilib.
"Bu gün proses başlayır. Biz illərlə özümüzü xalq üçün qurban vermişik. Bu gün biz deyirik - müharibəyə son... Bu gün milyonlarla insanın iştirakı ilə yeni prosesə başlayıram. Birinci planda silah yox, siyasətdir. Artıq silahların səsini kəsməyin və türk və kürd millətlərinin qanını axıtmağa son qoymağın vaxtı çatıb. Silahlarınızı toplayın və ölkə hüdudlarını tərk edin. Biz silahlı mübarizədən demokratik mübarizəyə keçirik", - Öcalanın müraciətinə qeyd olunur.
AzVision.az