Mingəçevirdə arvad ərini öldürüb

Mingəçevirdə arvad ərini öldürüb
  19 Mart 2013    Oxunub:1909
Martın 18-də Mingəçevir şəhər prokurorluğuna şəhər sakini İlqar Həsənovun yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə şəhər prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə həmin tarixdə Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, İradə Həsənova əri İlqar Həsənovu onu mütəmadi olaraq döydüyü üçün sonuncudan qisas almaq məqsədilə mətbəx bıçağı ilə ürək nahiyəsindən vuraraq öldürüb.
İ.Həsənova cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub və cinayətin aləti olan mətbəx bıçağını istintaqa təqdim edib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Teqlər:





Xəbər lenti