83 yaşlı Berluskoni koronavirusdan sağaldı

83 yaşlı Berluskoni koronavirusdan sağaldı
  15 Sentyabr 2020    Oxunub:2197
İtaliyanın sabiq Baş Naziri, “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni koronavirusdan sağalıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 83 yaşlı siyasətçi Milanda müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Keçmiş Baş Nazir COVID-19-la bağlı ikinci mənfi test cavabını alana qədər özünü bir neçə gün evdə təcrid edəcək.

12 gün xəstəxanada müalicə alan Berluskoni ilk 3 günün ağır keçdiyini bildirib. O, hazıırda özünü normal hiss etdiyini vurğulayıb.

Azvision.az


Teqlər: Berluskoni  





Xəbər lenti