Rusiyada daha 57 nəfər koronavirusdan öldü

 Rusiyada daha 57 nəfər koronavirusdan öldü
  14 Sentyabr 2020    Oxunub:3550
Rusiyada son bir gündə daha 5509 nəfərə COVID-19 diaqnozu qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla Rusiyada koronavirusa yoluxanların sayı 1 046 370 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 57 nəfər artaraq 18 635-ə yüksəlib.

Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 696 nəfər.

Azvision.az



Teqlər:





Xəbər lenti