Türkiyədə COVID-19-dan ölüm sayı artdı - Daha 56 nəfər

 Türkiyədə COVID-19-dan ölüm sayı artdı -    Daha 56 nəfər
  06 Sentyabr 2020    Oxunub:4881
Türkiyədə son sutka ərzində 56 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1673 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6620, virusa yoluxanlar isə 278 228 nəfərə çatıb.

Türkiyədə indiyədək 250 092 pasiyent (son sutkada 984 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti