Türkiyədə 150-yə yaxın terrorçu təslim olub

 Türkiyədə 150-yə yaxın terrorçu təslim olub
  05 Sentyabr 2020    Oxunub:5043
Türkiyədə cari il ərzində 146 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər nazirinin müavini İsmail Çataklı bildirib.

Onun sözlərinə görə, təkcə avqust ayında həyata keçirilən əməliyyatlar zamanı 81 terrorçu zərərsizləşdirilib.

Bundan əlavə, terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinən 1452 nəfər saxlanılıb. Onlardan 269-u barədə həbs qərarı verilib.

Azvision.az


Teqlər: Türkiyə   Terror  





Xəbər lenti