Afrikada koronavirus yayılmaqda davam edir

Afrikada koronavirus yayılmaqda davam edir
  26 Avqust 2020    Oxunub:1932
Afrika qitəsində son 24 saatda 7 min 662 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 207 min 623 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 283 nəfər artaraq 28 min 334-ə yüksəlib. Yoluxanlardan 934 min 192 xəstə sağalıb.

Qitədə koronavirusdan ölənlərin sayına görə, ilk sıralarda Cənubi Afrika (13 308) , Misir (5 298) və Əlcəzair(1446) qərarlaşıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Afrika   Koronavirus  





Xəbər lenti