"Silah tədarükü Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır" - XİN rəhbəri

 "Silah tədarükü Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır" -  XİN rəhbəri
  25 Avqust 2020    Oxunub:4777
Erməni təcavüzkarının xüsusilə Azərbaycanın dövlət sərhədinin Tovuz hissəsində hərbi təcavüzünün intensivləşməsi fonunda Ermənistana hərbi təchizat tədarükü ilə bağlı yayılan məlumatlar Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb oldu.
Azvision.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Nazir vurğulayıb ki, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putin ilə son telefon danışığı zamanı strateji tərəfdaşlıq, etibarlı dialoq və qarşılıqlı hörmət ruhunda qaldırılıb.

"Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası və silahlı təxribatların artan intensivliyi fonunda silah tədarükü gərginliyin artması riskini yaradır və münaqişənin dinc yolla nizamlanması prosesinə xələl gətirir, ümumiyyətlə, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Nazir  





Xəbər lenti