“Ermənistanla sərhəddə vəziyyət qeyri-sabit olaraq qalır” - Nazir

 “Ermənistanla sərhəddə vəziyyət qeyri-sabit olaraq qalır” -  Nazir
  25 Avqust 2020    Oxunub:3708
İyul ayında baş vermiş sərhəd münaqişəsindən sonra Azərbaycan və Ermənistan sərhədində vəziyyət qeyri-sabit olaraq qalır.
Azvision.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, hərbi baxımdan vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir.

C.Bayramov regionda təhlükəsizliyin təmin olunması və təxribatların qarşısının alınması üçün işğalçı qoşunların Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasının zəruriliyini vurğulayıb.

“Bununla əlaqədar olaraq ümid edirik ki, beynəlxalq ictimaiyyət, ilk növbədə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı status-kvonun saxlanması siyasətindən imtina etməyə və əsaslı danışıqlara başlamağa məcbur edəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Nazir   Ceyhun-Bayramov  





Xəbər lenti