İtaliya səfiri baş məşqçi ilə görüşdü - FOTO

İtaliya səfiri baş məşqçi ilə görüşdü -  FOTO
  25 Avqust 2020    Oxunub:2936
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari bu gün Azərbaycan milli futbol komandasının yeni baş məşqçisi Gianni De Biasi ilə görüşüb.
Azvision.az səfirliyin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, De Biasi bir neçə gün öncə Bakıya gəlib və Azərbaycan Futbol Federasiyası ilə 2021-ci ilin noyabr ayına qədər qədər davam edəcək müqavilə imzalayıb.

Baş məşqçi keçmiş futbolçu Claudio Belluccii, Bolonya və Sampdoriyanın keçmiş futbolçuları da daxil olmaqla dörd köməkçidən ibarət heyətlə işləyəcək.

Görüşdən sonra səfir Massari De Biasiyə yeni vəzifəsi münasibətilə öz təbriklərini çatdırıb və onun Azərbaycana gəlməsini İtaliyaya bu ölkədə daha çox nüfuz qazandıracağına əmin olduğunu bildirib.

Futbol üzrə Azərbaycan çempionatının başlaması ilə De Biasi artıq onun yığmasında iştirak edəcək oyunçuları seçməyə başlayıb. De Biasi üçün ilk rəsmi oyun görüşü sentyabrın 5-də Bakıda keçiriləcək Millətləq Liqası matçında Azərbaycanın Lüksemburqla qarşılaşması olacaq.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: MillətləqLiqası  





Xəbər lenti