Afrikada 27 mindən çox insan virusun qurbanı oldu

Afrikada 27 mindən çox insan virusun qurbanı oldu
  22 Avqust 2020    Oxunub:3578
Afrika qitəsində son 24 saatda 10 min 349 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 172 min 802 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 342 nəfər artaraq 27 min 374-ə yüksəlib.

Qitədə koronavirusdan ölənlərin sayına görə, ilk sıralarda Cənubi Afrika (12 843) , Misir (5 231) və Əlcəzair(1418) qərarlaşıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Afrika  





Xəbər lenti