Ağ Evdə Trampın qardaşı ilə vida mərasimi keçirildi - FOTO

Ağ Evdə Trampın qardaşı ilə vida mərasimi keçirildi -  FOTO
  22 Avqust 2020    Oxunub:3970
Ağ Evdə Prezident Donald Trampın qardaşı Robertlə vida mərasimi keçirilib.
Azvision.az CNN-ə istinadən xəbər verir ki, mərasimdə Amerika lideri, ailə üzvləri, birinci xanım Melania Tramp iştirak edib.

“Robert, mən səni sevirəm. Hüzur içində yat", - deyə mərasimdən sonra Tramp “Twitter”də yazıb.

Qeyd edək ki, avqustun 14-də ABŞ Prezidentinin kiçik qardaşı Robert Tramp ağır vəziyyətdə Nyu-Yorkda xəstəxanaya yerləşdirilib, bir neçə gün sonra 72 yaşında vəfat edib.

Amerika lideri Robertin təkcə qardaş kimi deyil, həm də ən yaxşı dostu olaraq əbədi qəlbində yaşayacağını bildirib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞPrezidenti  





Xəbər lenti