Almaniyada gündəlik yoluxma kəskin artdı

Almaniyada gündəlik yoluxma kəskin artdı
  22 Avqust 2020    Oxunub:3032
Almaniyada son sutka ərzində yeni növ koronavirusa 2034 yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, Almaniyada koronavirusa yoluxanların ümumi sayı 232 082-yə çatıb. İndiyədək 9267 xəstə ölüb, 206 mindən çox insan sağalıb.

Ən çox yoluxma faktı Bavariya, Şimali Reyn-Vestfaliya və Baden-Vürttemberq bölgələrində aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti