COVID-19 qurbanlarının sayı 800 mini ötdü

  COVID-19 qurbanlarının sayı 800 mini ötdü
  22 Avqust 2020    Oxunub:5357
Dünyada koronavirus infeksiyasından ölənlərin sayı 800 mini keçib.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 23 milyon 120 min 802, pandemiya qurbanlarının sayı isə 803 min 213 nəfərə çatıb.

İndiyədək 15 milyon 714 min 993 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti