Rusiyadakı partlayışda ölənlərin sayı artıb

Rusiyadakı partlayışda ölənlərin sayı artıb
  22 Avqust 2020    Oxunub:3533
Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında baş vermiş partlayışda ölənlərin sayı 3 nəfərə çatıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altından bir qadın və uşağın meyitini tapıblar.

Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi rəisinin sözlərinə görə, bütün sakinlərin şəxsiyyəti müəyyənləşdirilib, xilasetmə işləri başa çatıb, dağıntılar altında qalan yoxdur.

"Evdə qeydiyyatda olanların hamısının adları məlumdur, şəxsiyyətləri müəyyənləşdirilib. Xilasetmə işləri başa çatıb. İndi binanın strukturlarını gücləndirmək barədə qərar verəcəyik", - deyə qurum rəsmisi bildirib.

O qeyd edib ki, partlayış nəticəsində 12 mənzilə ziyan dəyib, onlardan 6-sı tamamilə dağılıb, altıncı mərtəbədəki plitələrin dağılma təhlükəsi qalmaqdadır.

Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi partlayış nəticəsində bir qadının öldüyünü, dörd nəfərin isə yaralandığını bildirmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti