Navalnı xüsusi təyyarə ilə Almaniyaya aparıldı

Navalnı xüsusi təyyarə ilə Almaniyaya aparıldı
  22 Avqust 2020    Oxunub:3757
Rusiya müxalifətinin lideri Aleksandr Navalnı müalicə aldığı Omskdakı təcili tibbi yardım xəstəxanasından xüsusi təyyarə ilə Almaniyaya aparılıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, koma vəziyyətində olan rusiyalı müxalifətçi Berlindəki “Şarite” klinikasında müalicəsini davam etdirəcək.

Xatırladaq ki, avqustun 20-də Navalnı Tomskdan Moskvaya uçarkən vəziyyəti pisləşib. Təyyarə Omskda təcili eniş edib və o, xəstəxanaya yerləşdirilib.

Müxalifətçinin zəhərləndiyi bildirilsə də, rusiyalı həkimlər bu versiyanı təsdiqləməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Navalnı   Rusiya  





Xəbər lenti