Qazaxıstanda 244 yeni yoluxma qeydə alındı

Qazaxıstanda 244 yeni yoluxma qeydə alındı
  20 Avqust 2020    Oxunub:3212
Qazaxıstanda son sutka ərzində koronavirusa 244 yeni yoluxma faktı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə "CentralAsia" məlumat yayıb.

Bildirilib ki, ümumilikdə ölkə üzrə 103 815 yoluxma halı müəyyən edilib. İndiyədək 86 450 xəstə sağalıb, 14 61 nəfər virusun qurbanı olub.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 1-dən bu günə qədər ölkədə 20 541 nəfər virusa yoluxub, onlardan 237-si vəfat edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan   virus  





Xəbər lenti