Ermənistanda koronavirusa yoluxma sayı yenidən artdı

Ermənistanda koronavirusa yoluxma sayı yenidən artdı
  20 Avqust 2020    Oxunub:3610
Ermənistanda son sutka ərzində daha 263 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 42 319 nəfərə çatıb.

Son sutkada 3 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 836 nəfər olub.

İndiyədək 35 476 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 251 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti