Göygöldə korrupsioner direktor yaxalandı

 Göygöldə korrupsioner direktor yaxalandı
  18 Mart 2013    Oxunub:3426
Göygöl rayonu Texniki Təbiət fənləri təmayüllü liseydə korrupsiya faktı aşkarlanıb.
Azərbaycan Respublikası Baş prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsindən AzVision.az-a verilən məlumata görə, liseyin direktoru İsmayılov Fəxri Fikrət oğlu tabeçiliyində işləməyən şəxslərə saxta plastik əmək haqqı kartları düzəltdirərək maaş təyin edib və onu mənimsəyib. Fakt Göygöl rayon sakini Tağıyeva Pərvanə Vaqif qızının şikayəti əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb. Əməliyyatın gedişində toplanmış materiallar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi açılıb.

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 mart 2013-cü il tarixində aparılmış əməliyyat tədbiri nəticəsində Təbiət Fenləri Temayüliü Liseyin direktoru Fəxri İsmayılovun xidməti iş otağındakı seyfdən müxtəlif vətəndaşların adına olan 67 ədəd "Kapital Bank" plastik əmək haqqı, 6 ədəd müxtəlif vətəndaşların adına olan "Dövlət Sosial sığorta şəhadətnaməsi" plastik kartları, 7 ədəd "Kapital Bank" ASC-nin plastik amək haqqı kartlarının pin kodu olan zərf, 28 ədəd Kapital Bank" ASC-nin plastik əmək haqqı kartlannın pin kodlarının qəbzi, 10 ədəd Əsas təhsil haqqında şəhadətnamə siyahısı, 1 ədəd "Orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi Kitabı" 49 ədəd ayrı-ayrı şagirdlərə məxsus "Ümumi orta təhsil haqqında Şəhadətnamə", 2 ədəd doldurulmamış "Ümumi orta təhsil haqqında Şəhadətnamə", 2 ədəd doldurulmamış "Əmək kitabçası", 4 ədəd Göygöl təhsil şöbəsinin 2012-cİ ilin müxtəlif ayları üçün "Əmək haqqı cədvəli", 11 ədəd Göygöl rayon Texniki Təbiət Fənləri Təmayüllü Liseyinin "Əmək Haqqı Cədvəli", 1 ədəd "Tarifləşmə Cədvəli", üzərində "Acces Bank" yazıları əks olunmuş, içərisində müxtəlif bankların qəbzləri olan mavi rəngli qovluq, F.İsmaylovun xidməti masasından müxtəlif sənədlər, əlyazmalar, dərsdənkənar məşğələlər jurnalı və ayrı-ayrı şəxslərin adına olan şəxsiyyət vəsiqələrinin surəti aşkar olunaraq gotürülüb.

Baxış zamanı Fəxri İsmayılovun xidməti otağında yerləşən ağ rəngli seyfin rəfindən sellofan bağlamada olan müxtəlif vətənndaşların adına olan 14 ədəd "Kapital Bank" ACS-nin plastik əmək haqqı kartları, 13 ədəd "Kapital Bank" ACS-nin plastik əmək haqqı kartlarının pin kodu yazılan qəbz, həmin kartların rəsmi olaraq adları Liseyin işçsisi kimi qeyd edilmiş, lakin faktiki olaraq Liseydə işləməyən şəxslərin adına olan plastik maaş kartları olduğunu, həmin kartlar vasitəsiiə bankomatdan əmək haqqı məbləğlərini özünün çıxararaq şəxsi ehtiyaclarına sərf etdiyi müəyyən olunub.

Bundan əlavə, Fəxri İsmayılovun idarə etdiyi «Kia Serato» markalı AZ 90-LT-736 dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilərkən "Bank of Baku", "Texnikabank" və "Unibank" banklarnın müxtəlif qəbzləri aşkar edilərək götürülüb.


Azvision.az


Teqlər:  





Xəbər lenti