Korrupsiyaya qarşı inşa – MÜSABİQƏ

Korrupsiyaya qarşı inşa – MÜSABİQƏ
  18 Mart 2013    Oxunub:1615
Hüquq Tələbələrinin dünyadakı ən böyük birliyi olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi (ELSA Azərbaycan) Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının dəstəyi ilə “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət planının həyata keçirilməsində Gənclərin iştirakçılığı” layihəsini həyata keçirir.
Layihə çərçivəsində “Korrupsiyaya qarşı mübarizə anlayışında prioritet sahələr” mövzusunda İnşa Müsabiqəsi keçilirilir. Müsabiqənin Koordinatoru Təbriz Cəfərovun verdiyi məlumata görə, inşa müsabiqəsi ilə bağlı inşa yazılarının qəbul olunması 1 Aprel 2013-cü il tarixinə kimi onlayn qaydada həyata keçiriləcək. Layihədə Azərbaycan Respublikasının istənilən Ali təhsil müəssisəsində bakalavr pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər.

Tələbələrin həvəsləndirilməsi üçün müsabiqədə ekspertlər tərəfindən seçilmiş ən yaxşı 3 yazı üçün müvafiq olaraq, 300, 200 və 100 manat məbləğində pul mükafatı da nəzərdə tutulur.

Müsabiqənin keçirilməsində əsas məqsəd isə korrupsiyaya qarşı mübarizə mexanizmləri ilə bağlı gənclərin fikirlərini öyrənmək, eyni zamanda bu mübarizənin tətbiqinin prioritet sahələri haqqında onların təklif və təşəbbüslərinin qiymətləndirməkdən ibarətdir.

İnşa müsabiqəsində iştirak etmək istəyən tələbələr, [email protected] e-mail ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.


Teqlər:





Xəbər lenti