Həftə yağışla başlayacaq

Həftə yağışla başlayacaq
  17 Mart 2013    Oxunub:1967
Həftənin ilk iş günü paytaxtda havanın nisbətən yağmurlu olacağı, temperaturub nisbətən enəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 18-də hava dəyişkən buludlu olacaq, gecə və axşam yağış yağacaq.

Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Nisbi rütubət gecə
80-90 faiz təşkil edəcəkdir. Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq ərazilərdə sulu qar yağacaq.

Havanın temperaturu gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir. Dağlarda gecə 2° şaxtada 3°-dək isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti