Prezidentin dünəni FOTOLARDA

Prezidentin dünəni FOTOLARDA
  09 Fevral 2013    Oxunub:1900
Məlum olduğu kimi, dünən Prezident İlham Əliyev öllkəmizdə rəsmi səfərdə olan Serbiya Prezidenti Tomislav Nikoliç və xanımı Dragitsa Nikoliçi qəbul edib.
Demək olar ki, Prezident İlham Əliyevin ötən günü Serbiya Prezidenti ilə keçib.
AzVision.az bildirir ki, Serbiya Prezidenti və xanımının rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyev və Tomislav Nikoliç arasında təkbətək görüşü olub. Bundan sonra prezidentlərin geniş tərkibdə görüşü keçirilib. Görüşün nəticəsi olaraq Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi baş tutub.
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan ilə Serbiya arasında nəqliyyat, energetika sahələrində əməkdaşlıq üçün çox gözəl imkanlar var. Eyni zamanda, digər sahələrdə - rabitə və kommunikasiya, turizm və infrastruktur sahələrində də əməkdaşlıq üçün gözəl imkanlar var.
Qonaqlar səfər çərçivəsində Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışında iştirak ediblər. Həmçinin Serbiya Prezidenti Tomislav Nikoliç və xanımı Dragitsa Nikoliç Heydər Əliyev Fonduna da gəlib. Təbii ki, qonaqları Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hər iki mərasimdə müşaiyət edib.
Günün sonunda isə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Serbiya Prezidenti Tomislav Nikoliçin və xanımı Dragitsa Nikoliçin şərəfinə rəsmi ziyafət verilib. Ziyafətdə yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Serbiya dövlətinin başçısı Tomislav Nikoliç bu səfərin ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə dərinləşməsinə xidmət etdiyini bildirib.
AzVision.az Prezident İlham Əliyevin ötən gündəki fəaliyyətini daha geniş olaraq fotolarla təqdim edir.

{gallery}fotosessiya/09.02.13{/gallery}

Qalereya




Teqlər:





Xəbər lenti