10 peşə-sosial reabilitasiya mərkəzi yaradılacaq
Hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəzdə müxtəlif peşələrlə yanaşı, tətbiqi sənət növləri üzrə kurslar da fəaliyyət göstərir. Burada gənclərin sosial reabilitasiyasına, onlarda özünə, öz bacarığına güclü inam hissinin formalaşmasına, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılmasına yönəlik də ardıcıl işlər aparılır.
Azvision.az
Teqlər: ƏƏSMN