FHN-dən Azvision.az -a verilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 18 m² olan taxtadan ibarət köşkün yanar konstruksiyaları, yaxınlıqda dayanan 2 ədəd “Hyundai”, 2 ədəd “VAZ”, 1 ədəd “Mercedes” və 1 ədəd “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.