Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, növbəti belə tədbir iyunun 24-də paytaxtın Xəzər rayonu ərazisində keçirilib. Reyd zamanı “Şans” istirahət mərkəzinin ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub. Qeyd olunan istirahət mərkəzinin icarədarı R.Rəşidov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Azvision.az