“Xəzər-1” üzən qazma qurğusunda yanğın olub

“Xəzər-1” üzən qazma qurğusunda yanğın olub
  25 İyun 2019    Oxunub:1818
Bakı şəhərinin Səbail rayonunda, Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-1” üzən qazma qurğusunun (fəaliyyət göstərməyən) üçmərtəbəli yaşayış blokunun 2-ci və 3-cü mərtəbələrinin yanar konstruksiyaları 250 m² sahədə yanıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, qurğunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Xəzər   Dəniz  





Xəbər lenti