Tovuzda ikimərtəbəli ev yanıb

Tovuzda ikimərtəbəli ev yanıb
  25 İyun 2019    Oxunub:2117
Tovuz rayonunun Bayramlı kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 40 m² sahədə, ikinci mərtəbəsində 3 otağın, aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Tovuz  





Xəbər lenti