“Onun arvadına söz atıram” - WEBVİSİON

“Onun arvadına söz atıram” - WEBVİSİON
  28 Oktyabr 2013    Oxunub:1527
“40-cı otaq həmişə maraqlı olub mənim üçün”
AzVision.az “Məşhurların facebook gündəliyi” rubrikasına start verir. Rubrika çərçivəsində oxucularımıza ictimaiyyət tərəfindən tanınmış şəxslərin facebook sosial şəbəkəsində paylaşdıqları maraqlı statusları təqdim edəcəyik:

Şair Salam Sarvan: “Bu ahıl yaşımda sevgi barədə düşüncələrimi yazmaq istəyirdim. İlk cümlə belə gəldi: SEVGİ KƏDƏRLİ HADİSƏDİR. Bu sadə, ilk baxışdan bəsit görünən cümləyə kompüterdə xeyli baxdım, düşündüm, müşahidələrimi saf-çürük elədim... Və gördüm ki, cümləni düz yazmışam. Doğrudan da, SEVGİNİN MAHİYYƏTİNDƏ TƏNTƏNƏ YOXDUR.

Millət vəkili Aydın Mirzəzadə: “İki dost söhbət edir. Biri soruşur :
- Görən həyatın mənası nədir ?
Dostu cavab verir :
- Bilirsən, keçən il bizim işimiz yox idi, təsüdüfi işlə başımızı qatırdıq. Ac qalan, yatmağa yerimiz olmayan günlərimiz də olub. Amma o zaman həyatın mənasını axtarmırdıq.
Ancaq indi daimi işimiz var, maaşımız pis deyil, yaşamağa yerimiz də var. Amma indi həyatın mənasını axtarırıq. Belə çıxır ki, çətinliyimiz olanda həyatımızın mənası var idi, ancaq indi işlərimiz qaydasına düşəndə yoxdur ? Nədir , onu itirib, əvəzinə iş, qalmağa yer, rahatlıq tapmışıq ?”

APA Holdingin prezidenti Vüsalə Mahirqızı: “Gəlib qarşında dizi üstə dayanan adamı ayağa qaldırıb yola salırsan və dəqiq bilirsən ki, boğazından kəndir götürülən kimi yenə ilk pislik edəcəyi adam sən olacaqsan. Amma bunu bilə-bilə yenə xilas edirsən bu cür adamları... Bu gün bir daha inandım: Pis adam olmağı bacarmaq özü də istedaddır”.

Tərcüməçi Əyyub Qiyas: “Bircə bazar günləri televizyon izləməyə imkanım olu, onu da Səmədlər, Natiqlər, Üzeyirlər korruyur..”

Teleaparıcı Nəsimi Nəbizadə: “Sabah 40-a qədəm qoyuram... uşaq vaxtı nağıllar oxuyardım, 40-cı otaq həmişə maraqlı olub mənimçün”...

Şair Aqşin Yenisey: “Bizim insanların psixi bir problemi var; ümumini şəxsiləşdirmək. Məsələn, mən Homerin ailəsi haqqında bir tarixi faktı yazıram, o, elə bilir ki, onun arvadına söz atıram. Bunun bir adı var, nadanlıq, gerizəkalılıq, eşşəklik

Yazar-jurnalist Şəbnəm Xeyrulla: “Nəqliyyatın intellektual idarəolunması söhbəti boş şeydir. Yarım saatdan çoxdur avtobus probkada qalıb. Bayaqdan şofer özündən əvvəlki və sonrakı avtobusların şoferlərinə zəng vurub vəziyyəti öyrənir, məlumat verir. Başa düşmürəm, hər avtobusa quraşdırılan monitorun funksiyası nədir onda?

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı : 22 ildir siyasi məğlubiyətlə üz-üzə qoyan insanları, heç olmasa yağışın altında saxlamazdılar...Nə mənası var ki?

Mirvari


Teqlər:  





Xəbər lenti