Braziliya da qarışdı

Braziliya da qarışdı
  08 Oktyabr 2013    Oxunub:1086
Braziliyanın Rio de Janeyro şəhərində etiraz aksiyaları yenidən toqquşmalarla əvəzlənib.
Günlərdir hökumət əleyhinə etirazlarını davam etdirən müəllimlərlə polislər arasında qarşıdurma yaşanıb. Gecə saatlarında şiddətlənən iğtişaşlarda polislər kütləni dağıtmaq üçün gözyaşardıcı qaz qumbaraları və rezin dəyənəklərdən istifadə edib. Asayiş keşikçilərini daş qalaq edən təhsil işçiləri molotov kokteylləri ilə polislərlə müqavimət göstərib. Özlərini "qaralar bloku" adlandıran maskalı etirazçılar isə bu dəfə də şəhərdə dağıntılara yol açıb. Yaşanan qarşıdurmada xeyli sayda etirazçı polis nəzarətinə götürülüb. Qeyd edək ki, Braziliyada müəllimlər hökumətin təhsil sektoruna ayırdığı büdcədən narazıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti