Paytaxtda dönərxanalar bağlanılır

Paytaxtda dönərxanalar bağlanılır
  02 Oktyabr 2013    Oxunub:1108
`Həm regionlarda, həm də paytaxtda dönərxanalarda yoxlamalar davam etdirilir. Paytaxtda bir neçə dönərxana tələblərə cavab vermədiyi üçün bağlanılıb`.

Bunu AzVison.az-a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev dönərxanalarda aparılan monitorinqin nəticələri barədə danışarkən deyib. Onun sözlərinə görə, əsasən Bakıətrafı rayonlarda, Sumqayıtda dönərxanalarda yoxlamaların aparılması barədə göstəriş verilib :`Əgər tələblərə cavab verməyən dönərxalar olarsa, onların fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunacaq. Dönərin hazırlanması üçün konkret sənədlərlə müəyyən edilmiş ət növləri var. Bunlar, dana, mal, qoyun və toyuq ətidir. Sahibkar istifadəsi yolverilməyən ətdən istifadə edibsə, təbii ki, burada sahibkarlıq haqqında qanun pozulub. Hələ ki monitorinqlərimiz davam edir`.

Qeyd edək ki, bir müddət əvvəkl Bakının Müşfiqabad qəsəbəsində dönərxanalara və iaşə obyektlərində əhaliyə satış məqsədilə gətirilən at və eşşək əti aşkarlanıb.

Nihadə


Teqlər:  





Xəbər lenti