Nigar Köçərli: “Yekun qərara gələ bilmədik...”

Nigar Köçərli: “Yekun qərara gələ bilmədik...”
  04 Mart 2013    Oxunub:1492
Dünən ekspertlər bir araya gəlib, apelyasiya ilə bağlı məsələləri müzakirə ediblər.
“Dünən Eksperlər Şurası” toplandı və bəzi məsələləri müzakirə etdik”. Bu sözləri AzVision.az-a açıqlamasında Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli deyib. Onun sözlərinə görə, dünən ekspertlər bir araya gəlib, apelyasiya ilə bağlı məsələləri müzakirə ediblər.

“Dünən yekun qərar verilmədi. Amma apelyasiya olacaq və jurnalistlərə açıq olacaq. İki-üç günə bununla bağlı mətbuata açıqlama veriləcək”-deyə, N.Köçərli qeyd edib.

Qeyd edək ki, martın 1-də MKM-ın “uzun siyahı”sı açıqlandı. Gənc müəlliflər Cavid Zeynallı və Fərid Hüseyn nəticəyə etiraz ediblər.

Sevinc İltifatqızı




Teqlər:  





Xəbər lenti