Gürcüstan prezidenti FHN işçilərinə təşəkür etdi

Gürcüstan prezidenti FHN işçilərinə təşəkür etdi
  23 Avqust 2017    Oxunub:2129
Gürcüstanın prezidenti Georgi Marqvelaşvili Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində iştirak edən xarici ölkələrin xilasedicilərinə minnətdarlıq edib.
Bu gün Borjomi qoruğunda yanğının söndürülməsi üzrə qərargaha gələn Georgi Marqvelaşvili azərbaycanlılar, türkiyəlilər, belarusların əsl dostlar olduqlarını və yanğının söndürülməsində fəallıq göstərdiklərini bildirib.

“Yanğının tam söndürülməsinə qoruqda bir neçə yanğın ocağının yaranması çətinlik yaradır. Belə anlarda ölkələrin bir-birinə dəstək verməyi vacibdir. Müraciətimizə bu cür mehribanlıqla cavab verən və yardım edən bütün dostlara "çox sağ olun" deyirəm."
Gürcüstanın dövlət başçısı hazırda yanğının lokallaşdırıldığın, amma onun tam söndürülməsi üçün hələ zamana ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Daba kəndi yaxınlığında yerləşən meşədə yanğın avqustun 20-də baş verib. Yanğınsöndürənlər hələ də yanğını söndürməyə çalışırlar. Vəziyyəti dağlıq relyef, külək və quru hava mürəkkəbləşdirir. Yanğının söndürülməsində təqribən 400 yanğınsöndürən-xilasedici, 100 meşəbəyi, eləcə də Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi tapşırıqlar departamentinin 500 əməkdaşı, Gürcüstan və Azərbaycan aviasiyası iştirak edir.

AzVision.az


Teqlər: Gürcüstan   Marqvelaşvili  





Xəbər lenti