Sergey Şoyqu: Suriyada vətəndaş müharibəsi bitdi

Sergey Şoyqu: Suriyada vətəndaş müharibəsi bitdi
  23 Avqust 2017    Oxunub:3754
Suriyada dinc müxalifətin terrorçulardan ayrılması və gərginlik zonalarının tətbiqi bu ölkədə vətəndaş müharibəsinin sona çatdırılmasına imkan verdi.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu livanlı həmkarı Yakub Əs-Sərafla görüşü zamanı bildirib.

“Suriyada biz digərlərini terrorçulardan ayırdıq, dörd təhlükəsizlik zonası yarada və bununla da faktiki olaraq vətəndaş müharibəsini dayandıra bildik”, - deyə Rusiyanın müdafiə naziri bildirib.

Şoyqunun sözlərinə görə, əsas qüvvələri ölkə daxilində müxalifət və hakimiyyət arasında deyil, beynəlxalq terrorizm – "Cəbahat ən Nüsrə", İŞİD və ona sədaqət andı içən digər təşkilatlarla mübarizəyə yönəltməyə imkan verdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Suriya   Sergey-Şoyqu  





Xəbər lenti