Ermənilər Qarabağda şərab festivalı keçirir - Növbəti təxribat

Ermənilər Qarabağda şərab festivalı keçirir - Növbəti təxribat
  23 Avqust 2017    Oxunub:5286
Sentyabrın 6-da Azərbaycanın işğal altında olan Xocavənd rayonunun Tuğ kəndində 4-cü şərab festivalı keçirəcək.
AzVision.az xəbər verir ki, festivalın keçirilməsi şərabçılığın təbliği və ya tanıtımı ilə yanaşı Qarabağa qanunusuz turist axınına xidmət edir.

Qeyd edək ki, Azərbaycanda torpaqlarında qanunsuz keçirilən festivalda hər il Ermənistan və xarici ölkələrdən 2 minə yaxın şəxs iştirak edir.

Rəsmi Bakı dəfələrlə bu kimi tədbirlərin keçirilməsini Ermənistan tərəfinin təxribatçı addımı kimi dəyərləndirib və xarici jurnalistlərin işğal altında olan torpaqlarımızda keçiriləcək siyasi məqsədli tədbirlərə getməmələri barədə çağırışlar edib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Qarabağ   Təxribat  





Xəbər lenti